Dəstək

MƏXFİLİK SİYASƏTİ

Image Banner

Bu Məxfilik siyasəti  https://webrain.az  saytında istifadəçilərdən əldə edilmiş məlumatların WEBRAIN tərəfindən necə toplandığını, istifadə edildiyini, saxlandığını və açıqlandığını müəyyən edir. Bu məxfilik siyasəti həm Sayta, həm Saytın bütün alt domenlərinə, habelə, webrain tərəfindən təklif olunan bütün məhsul və xidmətlərə şamil edilir.

Bu səhifədə Saytımızdan istifadə etdiyiniz zaman bizim və ya üçüncü şəxslərin hansı informasiyanı əldə edə biləcəyi ilə bağlı məlumatlar təqdim olunur. Ümidvarıq ki, bu məlumatlar Sizə özünüz haqqında bizə təqdim etdiyiniz məlumatlarla bağlı düşünülmüş qərar qəbul etməyə kömək edəcək. Bu Məxfilik siyasəti bilavasitə olaraq bu Sayta və həmin Saytın köməyi ilə əldə olunan məlumatlara şamil edilir.

Bu Məxfilik siyasəti heç bir digər sayta şamil edilmir və Saytımızın adının çəkilməsi, habelə, Sayta istinadların, həmçinin, bu Saytdan İnternet şəbəkəsindəki digər saytlara istinadların edilməsi mümkün olan kənar saytlarla bağlı tətbiq edilmir.

Əldə olunan məlumatlar

Saytı ziyarət etdiyiniz zaman biz Sizin daxil olduğunuz IP ünvanı, domen adını (məsələn, "google.com") və həmin IP ünvanının qeydiyyatda olduğu ölkəni müəyyən edir, habelə, ziyarətçilərin Saytın bir səhifəsindən digərinə etdiyi bütün keçidləri qeyd edirik.

Saytda əldə etdiyimiz məlumatlar Saytdan istifadənin asanlaşdırılması üçün istifadə oluna bilər. Sayt yalnız, Sayta daxil olduqda brauzerinizin könüllü şəkildə təqdim etdiyi ümumi məlumatları toplayır.

Saytın monitor ekranının tənzimləmələrinə uyğun göstərilməsi üçün Saytda standart "cookies" ("kuki") texnologiyası tətbiq olunur. "Kuki" veb saytdan olan Sizin kompüterinizin sərt diskində yaddaşda saxlanılan verilənlərdir. "Cookies"də Saytın tənzimlənməsi üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar olur. Məsələn, baxış variantları tənzimləmələrinizin yaddaşda saxlanması və Sayt üzrə statistik məlumatların toplanması üçün. Yəni, hansı səhifələri ziyarət etdiyinizlə, nə endirdiyinizlə bağlı məlumatlar, internet provayderin domen adı və daxil olduğunuz ölkə, habelə, Sayta keçid etdiyiniz kənar veb saytların ünvanları və s.

Eyni zamanda, bu texnologiyadan Saytda quraşdırılmış Google/Yandex/Rambler/ və s. sayğaclar da istifadə edir.

"Cookies" texnologiyasında Sizə dair heç bir şəxsi məlumat olmur. Materiallara "cookies" olmadan baxmaq üçün Siz brauzerinizi elə tənzimləyə bilərsiniz ki, "cookies" qəbul etməsin, yaxud Sizi onların göndərildiyi barədə xəbərdar etsin (müxtəlif brauzerlərin tənzimləmələri fərqli olur, buna görə, Sizə "Yardım" bölməsində məlumat əldə etməyinizi və brauzerdəki "cookies" tənzimləmələrinin necə dəyişdiriləcəyini öyrənməyinizi tövsiyə edirik). Kuki fayllarının necə işlədiyi barədə daha ətraflı məlumat üçün: https://az.wikipedia.org/wiki/HTTP_Kuki

Bundan əlavə, Sayt ziyarətçilərin sayının hesablanması və host serverin texniki imkanlarının qiymətləndirilməsi üçün standart veb server imkanlarından (jurnallarından), kənar təşkilatların reytinqlərindən və sayğaclarından (google.com, top100.rambler.ru, top.mail.ru və s.) istifadə edir. Biz bu məlumatları Sayta neçə nəfər ziyarətçinin daxil olduğunu müəyyən etmək və səhifələri istifadəçilər üçün ən rahat şəkildə yerləşdirmək, Saytın Sizin istifadə etdiyiniz brauzerlərə uyğunluğunu təmin etmək, habelə, Saytın məzmununu ziyarətçilər üçün maksimal dərəcədə faydalı etmək üçün istifadə edirik. Biz Saytın ayrı-ayrı ziyarətçiləri ilə deyil Saytdakı hərəkətlərlə bağlı məlumatları qeyd edirik. Buna görə, Sizə dair heç bir konkret məlumat nə yaddaşda saxlanmayacaq, nə də Sayt Administrasiyası tərəfindən Sizin razılığınız olmadan, istifadə edilməyəcək.

Eyni zamanda biz, istifadəçi Saytımıza daxil olduqda, Saytda qeydiyyatdan keçdikdə, sifarişi tərtib etdikdə, formaları doldurduqda və Saytdakı digər hərəkətlərlə bağlı istifadəçilərdən gələn şəxsi eyniləşdirmə məlumatlarını da toplaya bilərik. Zərurət yarandıqda, istifadəçidən öz adını, elektron poçt ünvanını, telefon nömrəsini, kredit kart verilənlərini qeyd etmək xahiş edilə bilər. Bununla yanaşı, istifadəçilər Sayta anonim olaraq daxil ola bilərlər. Biz yalnız o zaman istifadəçilərin şəxsi eyniləşdirmə məlumatlarını toplayırıq ki, onlar bu məlumatları özləri könüllü şəkildə təqdim etmiş olsun. Saytın müəyyən funksiyalarından istifadə edilməsi üçün tələb olunan hallar istisna olmaqla, istifadəçilər hər zaman şəxsi eyniləşdirmə məlumatlarının təqdim edilməsində imtina edə bilərlər.

Toplanmış məlumatların istifadə qaydası

Aşağıda qeyd olunan məqsədlərlə, WEBRAIN istifadəçilərin şəxsi məlumatlarını toplaya və istifadə edə bilər:

  • Müştərilərə göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün: Sizin təqdim etdiyiniz məlumat bizə müştərilərin sorğularına daha effektiv reaksiya göstərməyə kömək edir;
  • İstifadəçi təcrübəsini təhlil etmək üçün: Biz məlumatları Saytın hansı ziyarətçilərinin Saytımızda təqdim olunan xidmətlərdə və resurslarda daha çox maraqlı olduğunun müəyyən edilməsi üçün istifadə edə bilərik;
  • Saytımızın təkmilləşdirilməsi üçün: Məhsul və xidmətlərimizin təkmilləşdirilməsi üçün biz Sizin təqdim etdiyiniz əks əlaqədən istifadə edə bilərik;
  • Ödənişlərin işlənməsi üçün: Biz istifadəçilər haqqında məlumatlardan ödənişlərin rəsmiləşdirilməsi üçün sifariş tərtib edilərkən və yalnız bunun üçün istifadə edə bilərik. Xidmətlərin təqdim edilməsi üçün zəruri hallar istisna olmaqla, biz bu məlumatları üçüncü şəxslərlə paylaşmırıq;
  • İstifadəçilərə maraqlı olacaq mövzularda almaq istədikləri məlumatların göndərilməsi üçün;
  • Müntəzəm olaraq elektron məktub göndərmək üçün: Bura şirkətlə bağlı xəbərlər, yeniliklər, məhsul və xidmətlər haqqında məlumatlar və s. daxil ola bilər. Sonradan istifadəçi məktub almaqdan imtina etmək istədiyi halda, biz hər elektron məktubun aşağı hissəsində abunəlikdən çıxmağın qaydası ilə bağlı ətraflı təlimatı aktiv edirik, yaxud istifadəçi bizimlə Saytımız vasitəsilə əlaqə saxlaya bilər.

İstifadəçinin şəxsi məlumatları

Saytda hər hansı əks əlaqə formasında şəxsi məlumatlarını daxil edərək, "Göndər" düyməsinə basmaqla, İstifadəçi öz şəxsi məlumatlarını təqdim etməyə qərar verir, habelə, könüllü şəkildə və öz maraqlarında onların işlənməsinə öz razılığını vermiş olur. Bu zaman İstifadəçi razılığını öz istəyi ilə verimiş hesab olunur.