Dəstək

MOBİL PROQRAMLARIN HAZIRLANMASI MƏRHƏLƏLƏRİ

rd2
App Development

MOBİL PROQRAMLARIN HAZIRLANMASI MƏRHƏLƏLƏRİ

Bu məqalə proqramın yaradılması prosesi haqqında ümumi fikir formalaşdırmağa köməklik göstərəcəkdir.

Tətbiqin hazırlanması əsasən 7 mərhələdən ibarətdir:

  • Məhsulun analitikası.
  • Spesifikasiya və vayfreymlər.
  • Qiymətləndirmə və planlaşdırma.
  • Dizayn.
  • Proqramlaşdırma.
  • Test.
  • Tətbiqin işə salınması.

Gəlin hər bir mərhələyə ayrı-ayrılıqda nəzər salaq: onun vəzifələri, nəticələri, hazırlanma müddəti və xərcləri.

1. Məhsul analitikası

Tipik olaraq, başlanğıcda məhsulun ilkin təsviri xəyalımızda olur. Bununla belə, tətbiqi hazırlamağa başlamaq üçün xəyalımızda olan ilkin təsvir kifayət deyil.

Bu mərhələnin vəzifəsi — müəyyən etmək və rəsmiləşdirməkdir:

  • HK (hədəf auditoriyası);
  • Məhsulun məqsədi, KPI (Key Performance Indicators);
  • Məhsulun hədəf auditoriyası üçün dəyəri, USP (Unique Selling Proposition);
  • Məhsulun hipotezləri: funksionallığın yüksək səviyyəli təsviri.

Əvvəlcə məhsulun vəzifəsi təyin olunur: məhsul satmaq, xidmət təklifi və s. Daha sonra bazar və rəqiblər təhlil edilir. “Bu məhsul nə üçün istifadə olunacaqdır?” sualına cavab formalaşdırılır. Nəhayət məhsulun vizyonunu, onun iş prinsiplərini və mexanikası təsvir edilir. MVP (minimum həyat qabiliyyətli məhsul) formalaşırılır.

Analitikanın vaxtı və dəyəri məhsul və bazardan bir başa asılıdır. Bir qayda olaraq, 100 iş saatı və ya 1 aydan başlayaraq müddətə hazırlanır.

2. Spesifikasiya və vayfreymlər.

Bu mərhələnin vəzifəsi proqramçılar üçün tətbiqin texniki tələblərini hazırlamaqdır. Bunun üçün proqramın spesifikasiyası və vayfreymləri hazırlanır.

Spesifikasiya — proqramçılar üçün zəruri olan mobil tətbiqin təsvirini ehtiva edən sənəddir. Misal üçün:

  • Sistem məntiqi, istifadəçi mexanikası;
  • Təhlükəsizlik, etibarlılıq, sənədləşdirmə tələbləri;
  • İstifadəçi interfeysi tələbləri;
  • Xidmətin doldurulması üçün materiallar.

Bəzən tətbiqin hazırlanması üçün texniki tapşırıqdan istifadə olunur. Bununla belə, texniki tapşırıqdan fərqli olaraq, spesifikasiya tətbiqin necə həyata keçiriləcəyini təsvir etmir. Proqramçı özü optimal həlləri seçir. Bu yanaşma sistemin görünüşünü, funksionallığını, performansını, etibarlılığını, miqyasını dəyişmədən icra müddətini azaldır.

Mobil Tətbiq Spesifikasiyası Nümunəsi (3 nüsxə)

Vayfreamlər — mobil tətbiqin səhifələrinin ağ və qara düzümüdür. O, elementlərin düzülməsini göstərir: düymələr, şəkillər, mətnlər. Vayfreamlər dəstinə əsaslanaraq, istifadəçinin gələcək tətbiqi ilə qarşılıqlı əlaqə sxemi aydın olur.

Mobil proqram üçün vayfream nümunəsi

Nəhayət, mobil tətbiqin nədən ibarət olduğunun hərtərəfli və birmənalı rəsmiləşdirilməsi əldə edilir. Spesifikasiya dəqiq hesablamağa kömək edir: qiyməti və mobil proqramın hazırlanmasına nə qədər vaxt sərf olunacağı məlum olur. Həmçinin sizi artıq xərclərdən də azad edir.

Mərhələnin vaxtı və dəyəri məhsulun analitikası nəticəsində alınan tələblərin həcmindən asılıdır. Bir qayda olaraq, 100 iş saatı və ya 1 aydan başlayaraq müddətə hazırlanır.

3. Qiymətləndirmə və planlaşdırma

Spesifikasiyaya əsasən layihə smetası və ya estimate tərtib edilir. Texniki tapşırıq sənədi aşağıda göstərildiyi kimi tətbiqin hazırlanma planını təsvir edir:

  • İşin həcmi - mobil proqramın strukturunun qısa təsviri;
  • Mütəxəssislərin saatlıq əmək haqqı;
  • İşin dəyəri;
  • İcra müddəti;
  • Baş verə biləcək risklərin qarşısının alınması tədbirləri.

Bir qayda olaraq, 3 gün çəkir.

4. Dizayn

Mərhələnin vəzifəsi — məhsulun tapşırığı üçün ən effektiv işləyən tətbiq dizaynını yaratmaqdır (1-ci bənd). Hazırlanması:

  • Dizayn konsepsiyası,
  • İnterfeys komponentləri dəsti (UI dəsti),
  • Dizayn maketləri,
  • İnteraktiv prototiplər.

Əvvəlcə üslub və ümumi əhval-ruhiyyəni əks etdirən dizayn konsepsiyası yaradılır.

Qida çatdırılması üçün mobil proqram və vebsayt dizayn konsepsiyası

Daha sonra UI komponetlər hazırlanır: düymələr, xanalar, formalar. Hazır komponetlərin təkrar istifadəsi dizaynın yaradılmasını sürətləndirməyə imkan verir. Sonra qalan bütün ekranlar hazırlanır. Son addımda istifadəçilərin tətbiqi vizual olaraq görmələri üçün interfeys animasiyası əlavə edilir.

Vaxt və qiymət baxımından: bir qayda olaraq 80 iş saatı (2 həftə) görülür.

5. Proqramlaşdırma

Mərhələnin vəzifəsi — məhsulun reallaşdırılmasıdır.

Bu mərhələdə tətbiqin gələcək inkişafını nəzərə almaq lazımdır. Məsələn, məhsulun sonradan böyüməsini və ya yüksək yüklənməsi üçün sistem arxitekturasını hazırlamaq vacibdir.

Tətbiq sıfırdan proqramlaşdırılıbsa, şərtlər və xərclər - adətən 160 iş saatına və ya 1 aydan başlayaraq müddətə hazırlanır.

6. Test etmə

Mərhələnin vəzifəsi məhsulun keyfiyyətini təmin etməkdir: səhvlərə dözümlülük, etibarlılıq, təhlükəsizlik.

Çox sayda cihaz, əməliyyat sistemi və ekran, həmçinin quraşdırılmış proqram təminatının (tətbiqlərin) müxtəlif konfiqurasiyaları və cihazın performansı olduğundan, səhvlərin qarşısını əvvəlcədən almaq mümkün olmur. Buna görə də, bir tester adətən proqram hazırlanması prosesinə daxil edilir, o, tətbiq üçün müxtəlif ssenarilər hazırlayır və tətbiqi test edir.

Test etmə proqram təminatının birbaşa işlənib hazırlanmasında iştirak etməyən mütəxəssis tərəfindən sistemin keyfiyyətinin yoxlanılmasını nəzərdə tutur ki, bu da tətbiqin hazırlanması prosesində qüsurların aşkar edilməsi ehtimalını artırır. Belə bir mütəxəssisin gördüyü işin dəyəri bir proqramçının bir saatının qiymətindən xeyli aşağıdır. Beləliklə, sınaq mərhələsi məhsulun maya dəyərini azaldır və prosesi sürətləndirir, yekun məhsulun keyfiyyətini isə artırır.

Mərhələnin nəticəsi - aşkar edilmiş səhvləri, onların kritikliyini və sonrakı düzəlişləri ətraflı təsvir edən hesabat sayıla bilər.

Vaxt və xərclərə gəlincə, adətən ən azı 40 iş saatı (1 həftə) tələb olunur.

7. Proqramın işə salınması

Bu mərhələdə iOS və Android platformaları üçün müvafiq olaraq AppStore-a və ya Google Play marketə yüklənir.

Tətbiq istifadəçilər üçün əlçatan olması üçün moderasiyadan keçirilir. Tətbiqə dəstək müddəti isə bir çox amillərdən asılı olur: tətbiqin kateqoriyası, onun tarixi, proqramçıdan və moderasiya qrupunun yükündən.

Layihə serverdə yerləşdirilir. Tətbiqin düzgün işləməsini təmin etmək üçün monitorinq sistemi qurulur.

Tətbiqin hazırlanma mərhələləri - Xülasə

Ümumilikdə, bütün mərhələlər 4 aydan başlayır, məbləğ isə təxminən 3000 manatdan başlayaraq arta bilir.

Mobil proqramların hazırlanmasının hər bir mərhələsi vacibdir.

Belə geniş təcrübə əldə etmək üçün sizə mütəxəssislər komandası lazımdır: məhsul analitikləri, dizaynerlər, proqramçılar, QA mütəxəssislər.

Xəyyam Mustafayev

Xəyyam Mustafayev

Bütün yazılar

Haqqımızda video

NECƏ İŞLƏYİRİK?

Biz müştərilərimizə böyümək, inkişaf etmək və dəyişmək üçün rəqəmsal məhsullar və onlayn təcrübələr dizayn edirik və proqramlaşdırırıq. Biz hazırlamağa başlamadan əvvəl sizi dinləyirik, öyrənirik və başa düşürük. Sizin hədəflərinizi birlikdə müəyyən edib, daha sonra öz təcrübəmizdən istifadə edərək həqiqi və təsirli həllər tapırıq.

Söhbət rəqəmsal təcrübələrdən gedirsə, biz demək olar ki, hər şeyi hazırlaya bilirik və əgər daha yaxşı bir həll varsa, biz bunu sizə bildiririk. Biz həmişə "Niyə?" ilə başlayırıq və aldığımız cavabı gözlənilən inkişaf üçün istifadə edirik.

portfolio

ƏN SON İŞLƏRİMİZ

Biz həmişə yaradıcı ideyalarımızı ən yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bunu portfoliomuza baxaraq görə bilərsiniz.