Dəstək

QİDA ÇATDIRILMASINI ONLAYN NECƏ TƏŞKİL ETMƏK OLAR

rd2
App Development

QİDA ÇATDIRILMASINI ONLAYN NECƏ TƏŞKİL ETMƏK OLAR

Onlayn qida çatdırılmasını təşkil etmək üçün əvvəlcə araşdırma aparılmalıdır. Bu işlə məşğul olan restoranların mənfi-müsbət tərəfləri, yeməklərin qiymətləri və onlayn çatdırılma müddətini bilmək lazımdır.

Sayt yaratmaq

Öncə ağıla gələn fikir qida çatdırılmasını sayt vasitəsilə təşkil etməkdir. Bu, istifadəçilər üçün ən rahat vasitədir. Sayt üzərindən müştərilər tam menyuya baxa bilər, yeməkləri seçə və səbətdə toplayıb yerləşdirə bilərlər. Həmçinin sayta ödəniş sistemi əlavə etməklə ödənişləri onlayn qəbul edəməkdə mümkündür.

McDonald's saytı

Müsbət tərəfləri:

  • Kompüterlərdə və mobil cihazlarda işləyir. Adabtasiya və çarpaz platformalılıq saytı əksəriyyət üçün əlçatan edir.
  • Cihazda quraşdırılmasına ehtiyac yoxdur.
  • Yeni müştəriləri cəlb etmək üçün axtarış sistemlərində reklam etməlisiniz.
  • İstifadəçiyə tanış olan sifariş sistemidir.
  • Sayta dəstək üçün mütəxəssislər tapmaq asandır, çünki sayt hər kəs tərəfindən bilinən ümumi vasitədir.

Mənfi tərəfləri:

  • Saytın həçmi "ağır" olarsa, zəif cihazlarda işləmə keyfiyyəti azala bilər.
  • Aksiyalar haqqında məlumat vermək, rəy toplamaq çətindir.
  • Yeni müştəriləri cəlb etmək üçün axtarış sistemlərində reklam edə bilərsiniz.
  • Əgər xüsusi bir həllə ehtiyacınız varsa, məsələn, seçim konstruktoruna, bu zaman saytın qiyməti əhəmiyyətli dərəcədə arta bilər.

Qiymət və hazırlanma müddəti: sadə şablonda olan saytı bir ay müddətində hazırlamaq mümkündür. Xüsusi həllər üçün isə bir neçə aya və böyük kapitala ehtiyac olur.

Mobil proqramın hazırlanması

Çarpaz platforma və ya ənənəvi üsulla.

Çarpaz platforma tətbiqləri istənilən əməliyyat sistemi ilə işləyir. Lakin belə bir tətbiqin imkanları məhdud, işləmə sürəti aşağı olur. Xüsusi veb sayt və mobil tətbiqin hibridini seçmək daha yaxşı seçimdir, məsələn: PWA. Ənənəvi (native) üsul isə xüsusi əməliyyat sistemi (Android və ya İOS) üçün hazırlanır.

Tətbiq vasitəsilə yemək sifariş etmək keyfiyyətli istifadəçi təcrübəsi yarada bilir. Buraya gözəl qrafika, oyun elementləri və mürəkkəb məntiq daxildir - məsələn: unikal yemək konstruktoru. Mobil proqram istifadəçiyə geniş imkanlar verir.

"Dodo Pizza" mobil tətbiqi.

Müsbət tərəfləri:

  • Sürətli işləyir, cihazın texniki tələblərinə tam cavab verdiyi üçün, cihazın işləmə fəaliyyətinə təsir göstərmir.
  • Batareyanın enerjisini qənaətlə istifadə edir.
  • Siz əməliyyat sisteminin müxtəlif funksiyalarından istifadə edə bilərsiniz, məsələn, səsli köməkçidən istifadə edərək sifariş verə bilərsiniz.

Mənfi tərəfləri:

  • Hazırlanması uzunmüddətli və böyük xərc tələb edir.
  • Yalnız mobil cihazlarda işləyir.
  • Mobil proqramı dəstəkləmək daha çətindir, çünki bu sahədə kifayət qədər az mütəxəssis olur.

Qiymət və hazırlanma müddəti: tətbiqin hazırlanması bir neçə ay çəkir və baha qiymətə başa gəlmir. Android tətbiqin hazırlanması İOS tətbiqindən daha ucuz, lakin istənilən vebsaytın hazırlanmasından daha çox vəsait tələb edə bilir.

Cat-bot yaratmaq

Messengerlər biznesi müştərilərə yaxınlaşdırır və mobil proqramı əvəz edə bilir. Bu vasitə sadəcə qida çatdırılmasının təşkili üçün daha çox köməkçi həlldir.

cat-bot GARAGE

Müsbət tərəfləri:

  • Zəif internet bağlantısı ilə işləyə bilir.
  • Siz messencerdə poçt göndərişləri və rəy toplaya bilərsiniz.
  • Google Play və ya App Store-da moderasiyadan keçməyə ehtiyac yoxdur.
  • İstənilən əməliyyat sistemləri ilə işləyir.

Mənfi tərəfləri:

  • Bütün menyunu görmək mümkün deyil, siz cat-bota əmrlər verməklə hər mövqe haqqında məlumat əldə etməlisiniz. Bu həmişə rahat üsul sayılmır.
  • Yalnız mobil cihazlarda işləyir.
  • Yalnız messencer quraşdırılmış istifadəçiləri əhatə edir.
  • Bir çox istifadəçilər üçün hələ də qeyri-adi vasitə hesab olunur.

Qiymət və hazırlanma müddəti: Cat-bot ucuz və qısa müddətə hazırlanır. Bir ay müddətinə sadə bir botu hazırlayıb işlədə bilərsiniz.

Aqreqatorlara qoşulmaq

Qida çatdırılmasını internet resursu olmadan necə təşkil etmək olar? Məşhur aqreqatorla əməkdaşlıq haqqında razılaşın: Delivery Club, Yandex.Food. Bu, əsasən onlayn çatdırılma ilə məşğul olmayan restoranlar üçün daha əlverişli vasitədir.

Aqreqator Delivery Club

Müsbət tərəfləri:

  • Qida çatdırılmasını təşkil etmək üçün öz saytınıza və ya mobil tətbiqinizə ehtiyac yoxdur.
  • Proqramçılar axtarmağa və onlara pul ödəməyə ehtiyac yoxdur. Aqreqator bununla özü məşğul olur.
  • Google Play və ya App Store-da moderasiyadan keçməyə ehtiyac yoxdur.
  • Aqreqatorlar istifadəçilərə yaxşı tanışdır və bu o deməkdir ki, restoranınıza əlavə müştərilər gətirəcəkdir.

Mənfi tərəfləri:

  • Aqreqatorların komissiyası.
  • Unikal Uİ/UX mümkün deyil.
  • Çatdırılma məkanında məhdudiyyətlər.

Qiymət və hazırlanma müddəti: müqavilənin bağlanması bir neçə gün çəkir, hər sifarişdən 35% komissiya tutulur.

Nəticə

Veb sayt hələ də ən populyar həll yollarından biridir. Siz tez və ucuz qiymətə bir şablon həlli hazırlaya və qida çatdırılması xidmətini təşkil edə bilərsiniz. Büdcə imkan verərsə, sərmayə qoymaqla, məsələn, PWA şəklində bir mobil tətbiqin hibridini əldə edə bilərsiniz.

Əsas gəliri onlayn çatdırılma deyil, restoranın qonaqları gətirirsə, aqreqatorlara ehtiyac yoxdur.

İstifadəçilərə yeni təcrübə, cəlbedici qrafika və ya səsli idarəetmə təqdim etmək istəyirsinizsə, ənənəvi mobil proqramın hazırlanmasına kapital qoymalısınız.

Əgər ucuz bir həll axtarırsınızsa, cat-bot yaradılmasına büdcə ayıra bilərsiniz.

Xəyyam Mustafayev

Xəyyam Mustafayev

Bütün yazılar

Haqqımızda video

NECƏ İŞLƏYİRİK?

Biz müştərilərimizə böyümək, inkişaf etmək və dəyişmək üçün rəqəmsal məhsullar və onlayn təcrübələr dizayn edirik və proqramlaşdırırıq. Biz hazırlamağa başlamadan əvvəl sizi dinləyirik, öyrənirik və başa düşürük. Sizin hədəflərinizi birlikdə müəyyən edib, daha sonra öz təcrübəmizdən istifadə edərək həqiqi və təsirli həllər tapırıq.

Söhbət rəqəmsal təcrübələrdən gedirsə, biz demək olar ki, hər şeyi hazırlaya bilirik və əgər daha yaxşı bir həll varsa, biz bunu sizə bildiririk. Biz həmişə "Niyə?" ilə başlayırıq və aldığımız cavabı gözlənilən inkişaf üçün istifadə edirik.

portfolio

ƏN SON İŞLƏRİMİZ

Biz həmişə yaradıcı ideyalarımızı ən yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bunu portfoliomuza baxaraq görə bilərsiniz.