Dəstək

LAYİHƏNİN İŞLƏNİB HAZIRLANMASINDA AUTSORS

Image Banner

Frontend, backen, dizayner, test edən, product - menecer. Ayrıca bir mütəxəssisi və ya tam dəyərli bir komandanı təşkil edə bilərik.


ÖLÇÜLƏNDİR

Vaxtın trekinqi, skrinşot - monitorlar.

İTERATİVLİDİR

Tapşırıqları sprintlərə bölürük və təyin olunan müddətə qədər yerinə yetiririk.

Şəffafdır

İstədiyiniz zaman, tapşırıqları birbaşa tərtibatçılarla müzakirə edin.

AUTSORSİNQ XİDMƏTİNƏ NƏ DAXİLDİR?

Autsorsinq xidmətini sifariş edərkən, siz fərdi yanaşma və konkret tapşırığın yerinə yetirilməsi üçün yığılmış mütəxəssislər komandasını əldə edirsiniz:

  • —layihənin meneceri;
  • — timlid;
  • — ui/ux - dizayner;
  • — proqramçılar;
  • — QA - üzrə mütəxəssis (test edən).

Ehtiyac olduğu təqdirdə layihə üzərində işə backend - tərtibatçılar, UI/UX - dizaynerlər və digər mütəxəssislər də qoşula bilərlər.

Şirkətdə populyar frontend və backend fraemworklərini, verilənləri, kontentin idarə edilməsi sistemlərini (CMS), versiyalara nəzarət sistemlərini (Git) və digər alətlərdən istifadə edən təcrübəli tərtibatçılar çalışırlar.

Timlid tapşırığın texnoloji cəhətdən həyata keçirilməsinə görə məsuliyyət daşıyır. QA - üzrə mütəxəssis bütün mümkün baqların tapılmasına və aradan qaldırılmasına imkan verən ümumi qəbul edilmiş standartlar üzrə uyğun testlər aparır.

İşin yerinə yetirilməsi, mərhələlərin göstərildiyi, tapşırıqların qısaca və dürüst ifadə edildiyi və son tarixlərin müəyyən edildiyi qabaqcadan tərtib edilmiş texniki tapşırıqlara ciddi qaydada əməl edilir.

KOMMUNİKASİYA NECƏ QURULUR?

Biz, öz növbəsində bütün komandanın işinə rəhbərlik edən layihə menecerini qoşacağıq. Menecer həmişə telefon və ya messencer vasitəsilə əlaqədədir. Siz layihənin gedişatı haqda bütün zəruri məlumatları, məsləhətlər və hər bir mərhələ üzrə hesabatları alacaqsınız.
Proqramçılarlada birbaşa da ünsiyyətdə olmaq olar.

ƏMƏKDAŞLIĞIN VARİANTLARI

İşlənib hazırlanma "sıfırdan" aparılır, həmçinin artıq mövcud olan layihələrin təkmilləşdirilməsini, yenilənməsini və miqyaslaşdırılmasını sifariş etmək olar.
Autsorsda işlənib hazırlanmanın ödənişinə gəldikdə, işin iki modelini təklif edirik:

  • Sabit qiymət
  • Texniki tapşırığın hazırlanması mərhələsində müəyyən edilən sabit qiymət. Bu variant kiçik layihələr və ya mərhələlər və məhdud büdcə üçün münasibdir.

  • Fakt üzrə ödəniş
  • Variant, texniki tapşırığın əvvəlcədən dəqiq tərtib edilməsinin mümkün olmadığı hallar üçündür. Dəyərin hesablanması və ödəniş növbəti mərhələnin başa çatmasından sonra və ya sərf olunan iş saatlarının sayına görə aparılır. Uzunmüddətli əməkdaşlıq, düzəlişlərin və yeniləmələrin vaxtında edilməsini tələb edən çevik və miqyaslaşdırıla bilən layihələr üçün istifadə olunur.

  • Veb - autsorsinqin üstünlükləri
  • Veb autsorsinq xidməti istənilən mürəkkəblik səviyyəsinin həllinin "tam hazır" vəziyyətdə əldə olunmasına imkan verir. İşlənməni həm kiçik yerli və xarici, həm də kifayət qədər iri şirkətlər sifariş edir. Autsors əməkdaşların işə götürülməsindən daha cəlbedici ola bilər. Daima peşəkar planda olan məsələləri və müxtəlif fors - major məsələrini həll etməklə öz komandanızı təmin etmək - asan vəzifə deyil.

    Veb autsorsinqinin üstünlükləri açıq - aydındır:

    — iş ciddi qaydada TT üzrə yerinə yetirilir;
    — müddətlərə riayət olunur;
    — risklər olmur;
    — sazlanma və keyfiyyətə tam dəyərli nəzarət təmin olunur;
    — yekun qiymət bir çox hallarda mütəxəssislər komandasının müstəqil şəkildə seçilməsinə və saxlanılmasına çəkilən xərclərdən aşağı olur.

AUTSORSİNQDƏ XİDMƏTLƏRİN NÖVLƏRİ

Autsorsinqdə biz müxtəlif növ xidmətlər göstəririk: səhifələmədən tutmuş test edilməyə qədər. Aşağıda onlardan bir neçəsini sadalayaq:

  • Səhifələmə. Adaptiv, semantik, çevik səhifələmə edirik.
  • Frontend. React.js freymvorkunun köməyi ilə işləyib hazırlayırıq. Bizim komandamız brauzerin xüsusiyyətləri haqda biliklərə, memarlıq həllərinin qəbulu, proqramlaşdırma nümunələrindən istifadə edilməsi təcrübəsinə malikdir.
  • Backend. PHP, Laravel, Strapi-də hazırlayırıq. Həmçinin, AWS, Google Cloud Platform, Bitbucket Ocean kimi kənar servisləri inteqrasiya edirik.

NİYƏ BİZ?

Komanda

Layihənin vəzifələrindən asılı olaraq ayrıca bir mütəxəssisi seçək və ya tamdəyərli bir komanda formalaşdıraq.

Nəzarət altında

Əlinizi sizə rahat olan bir tərzdə nəbzin üzərində tutun: layihə - meneceri/idarəetmə sistemi/birbaşa təmas.

RAHAT İSTİFADƏ OLUNAN ALƏTLƏR

Tapşırıqların idarə edilməsi üçün Trello-dan, nəzarət üçün isə Git - dən istifadə edirik və ya sizin sistemə uyğunlaşdırırıq.

TEXNOLOGİYALAR

Layihənin konkret vəzifələrinin effektiv qaydada həll edilməsi üçün texnologiyaları və alətləri seçirik.

FigmaSketchXDAfter EffectsPhotoshopIllustrator
Wordpress1С-BitrixOpenCart
ReactNext.jsGatsby.jsAccelerated mobile pagesPWA
PHPLaravelStrapiFirebaseExpressNestJS
SwiftReact Native
PostmanJestReact Testing Library
Эксперименты и тестирование новых технологий мы оставили для внутренних проектов. В боевых задачах используем только проверенные технологии с доказанной эффективностью.

Çox düşünməyin, işi peşəkarlara həvalə edin :)

ÖDƏNİŞSİZ KONSULTASİYA ÜÇÜN

Müraciət et!
Image Newsletter

portfolio

ƏN SON İŞLƏRİMİZ

Biz həmişə yaradıcı ideyalarımızı ən yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bunu portfoliomuza baxaraq görə bilərsiniz.